İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa prezidenti Azərbaycana səfər edəcək

330 30.07.2024 14:12 Siyasət A A

Polşa Prezidenti Anjey Duda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrda Azərbaycana səfər edəcək.

Musavat.com xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Polşa səfiri Rafal Poborski deyib.

“Biz Polşanın COP29-da ən yüksək səviyyədə iştirakından danışırıq, belə ki, Prezidentimiz Anjey Dudanın nümayəndə heyəti ilə səfərinə hazırlaşırıq. Əlbəttə ki, konfransda Polşanın İqlim və Ətraf Mühit Nazirliyinin nümayəndə heyəti də təmsil olunacaq. Bu, COP29-da müzakirə olunacaq məsələlərə görə məsul olan müvafiq nazirlikdir. Beləliklə, Polşanın konfransda iştirakı maksimum tam olacaq”, - o bildirib.

Diplomat vurğulayıb ki, Prezident Dudanın Azərbaycana səfəri həm də ölkə Prezidenti İlham Əliyevlə ikitərəfli görüş üçün fürsət olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR