İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa Belarusla sərhəddə bufer zonası rejimi tətbiq edir

273 05.06.2024 11:20 Dünya A A

Polşa bu həftənin sonundan etibarən Belarusla sərhəddə bufer zonası yaradır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, ölkə sərhədləri boyunca icazəsi olmayan şəxslərin 200 metrlik məkanda qalmasının qadağan olunması deməkdir.

Bildirilir ki, bu addım Belarus ərazisindən miqrantların hücumlarının yeni artımına cavabdır. Sərhəddə vəziyyət getdikcə pisləşir. Bir müddət əvvəl miqrantlardan biri bıçaqla polşalı əsgərə ağır xəsarət yetirib.

Varşava onu da bildirir ki, Belarusla sərhəddə tikilməyə başlayan "Şərq qalxanı" istehkam sistemi bəzi ərazilərdə beton maneələr və mina sahələrini əhatə edəcək.

Polşanın daxili işlər naziri Tomaş Simonyak bildirib ki, bufer zonasının tətbiqi “planlaşdırma gecikmələri səbəbindən” ləngiyir, lakin o, bütün məsələlərin həftənin sonuna kimi həll olunacağına ümid edir. Eyni zamanda o, iyunun 3-də sərhədə əlavə 100 Polşa hərbçisinin gəldiyini bildirib.

Bundan əvvəl Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bufer zonasının Qaynovskidə 26 və Bialistok rayonlarında bir nöqtədə fəaliyyət göstərəcəyini açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR