İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis küçələrə robot itlər BURAXDI - Cinayətkarlar belə YAXALANDI

693 19.07.2026 15:07 Texnologiya A A

Qazaxıstanda süni intellektlə təchiz edilmiş robot it ilk dəfə olaraq kütləvi tədbirlər zamanı ictimai asayişin qorunmasına cəlb edilib.

Musavat.com xəbər verir ki, regionun Polis Departamentinin mətbuat xidmətindən verilən məlumata görə, yeni texnologiya Karaqanda vilayətində Metallurq Günü münasibətilə keçirilən tədbirlərdə sınaqdan keçirilib.

Xidməti robot itlər polisin informasiya bazalarına inteqrasiya olunub. Bu texnologiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının görmə sahəsinə düşən şəxslərin üzlərini real vaxt rejimində tanımaq imkanına malikdir.

Regionda 17-18 iyul tarixlərində keçirilən və 115 mindən çox insanın qatıldığı irimiqyaslı bayram tədbirləri bu yeni texnologiyanın tətbiq edildiyi ilk platforma olub.

Robot itin köməyi ilə axtarışda olan 4 nəfər, aliment ödəməkdən yayınan bir vətəndaş, dövlət öhdəlikləri üzrə borcu olan iki şəxs, həmçinin məhkəmə tərəfindən yaşayış yerini tərk etməsinə qoyulmuş qadağanı pozan əvvəllər məhkum olunmuş bir kişi müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən müəyyən edilən bütün qanun pozucuları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR