Dünya çempionatının finalında İspaniya ilə qarşılaşan Argentina millisi futbol tarixinə keçəcək mənfi rekorda imza atıb. Nyu-Yorkda baş tutan həlledici matçda cənubi amerikalılar hücum xəttində tamamilə aciz qalıblar.
Musavat.com xəbər verir ki, Argentina yığması qarşılaşmanın 75-ci dəqiqəsinə qədər rəqib qapısına ümumiyyətlə heç bir zərbə (nə qapı çərçivəsinə, nə də qapıdan kənara) endirə bilməyib.
Bu göstərici dünya çempionatlarının final oyunları tarihində mütləq anti-rekord kimi qeydə alınıb. İndiyə qədər dünya birinciliklərinin finallarında mübarizə aparan heç bir komanda bu qədər uzun müddət qapıya zərbə vurmadan meydanda qalmayıb.
Lionel Messinin də heyətdə yer aldığı Argentina millisi ispanların müdafiə səddini yarmaqda ciddi çətinlik çəkir.
Musavat.com






