Britaniyada aparılan son sorğu ibtidai təhsilin başlanğıcında ciddi və sistemli problemlərin yarandığını ortaya qoyub.
Musavat.com xəbər verir ki, Sky News-un müəllimlər arasında keçirdiyi sorğuya əsasən, 4–5 yaşlı uşaqların 37 faizi məktəbə hazır vəziyyətdə deyil.
Məlumata görə, uşaqların 28 faizi məktəbə başlayarkən özbaşına yemək və içmək bacarığına malik deyil. Müəllimlər isə dərs prosesindən əlavə, gün ərzində saatlarla bez dəyişmək, tualet vərdişləri olmayan uşaqlara kömək etmək məcburiyyətində qalırlar.
Sorğuda ən diqqətçəkən məqamlardan biri isə texnologiyanın uşaqların davranışına təsiridir. Belə ki, bir çox məktəbəqədər uşaq kitabdan istifadə etməyi bilmir və səhifələri smartfon və planşetlərdə olduğu kimi “sürüşdürməyə” çalışır. Bu hal erkən yaşlarda rəqəmsal asılılığın oxu vərdişlərini sıxışdırdığını göstərir.
Paradoks ondadır ki, valideynlərin 88 faizi övladlarının məktəbə hazır olduğunu düşünür, 35 faizi isə uşaqlarının yaşıdlarından daha yaxşı hazırlaşdığını iddia edir. Reallıq isə müəllimlərin müşahidələri ilə ciddi ziddiyyət təşkil edir.
“Bu, artıq təkcə sinifdaxili problem deyil. Məktəblərdə resurs çatışmazlığı, gözləntilərin aşağı salınması və həyatın bahalaşması fonunda təhsildə sistemli böhran formalaşıb”, – Kindred Squared təşkilatının direktoru Felisiti Gillесpi vəziyyəti belə qiymətləndirib.
Musavat.com






