İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusunda Türkiyə vəlvələsi – "Poseydon planı" qurulur

268 23.07.2026 01:37 Dünya A A

İsrail Türkiyənin hərbi-dəniz qüvvələrinin genişlənməsi fonunda müdafiə imkanlarını artırmaq üçün yeni addımı nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Məlumata görə, İsrail ordusundakı mənbənin sözlərinə əsasən, ölkənin müdafiə strukturları sualtı qayıqlara qarşı mübarizə imkanlarını gücləndirmək məqsədilə "Boeing P-8 Poseidon" dəniz patrul təyyarələrinin alınması variantını nəzərdən keçirir.

Bildirilir ki, bu məsələ Türkiyənin hərbi-dəniz donanmasının genişlənməsi ilə bağlı narahatlıqlar fonunda gündəmə gəlib. "Boeing P-8 Poseidon" sualtı qayıqların aşkarlanması və izlənilməsi, dəniz patrulu, kəşfiyyat və müşahidə missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulmuş müasir hərbi təyyarədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR