Böyük Britaniya İrandakı diplomatik heyətini ölkədən çıxarıb.
Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniya Xarici İşlər Nazirliyi yayıb.
Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq, Britaniya diplomatik heyəti müvəqqəti olaraq İrandan çıxarılıb".
Qeyd edək ki, iki gün əvvəl Bloomberg Böyük Britaniya hökumətinin öz bazalarını ABŞ-ın İrana zərbə endirən təyyarələrinə açdığına dair məlumat yayıb. Bundan sonra İran tərəfi bu addımın Londonu Tehrana qarşı müharibənin iştirakçısına və Yaxın Şərqdə Britaniyaya məxsus bütün obyektlərin qanuni hədəfə çevirdiyini elan edib
Musavat.com






