İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-la Səudiyyə o müqaviləni imzaladılar

796 23.07.2026 08:33 Dünya A A

ABŞ və Səudiyyə Ərəbistanı Vaşinqtonun krallığın dinc nüvə proqramını dəstəkləməsi ilə bağlı müqaviləni imzalayıblar.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Energetika Nazirliyi açıqlayıb. Nazirliyin yaydığı bəyanata əsasən, müqavilə iyulun 22-də ABŞ Energetika naziri Kris Rayt və Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl-Səud tərəfindən imzalanıb. Bəyanatda müqavilənin nəzərdən keçirilməsi üçün ABŞ Konqresinə təqdim edildiyi vurğulanıb.

Sənəddə qeyd olunur ki, müqavilə bir neçə onillik davam edəcək və "Amerika şirkətlərinə Səudiyyə Ərəbistanının nüvə enerjisi proqramında iştirak etmək üçün geniş imkanlar açmaq" məqsədi daşıyır. ABŞ energetika naziri Kris Raytın sözlərinə görə, müqavilə "nüvə təhlükəsizliyi və yayılmamanın ən yüksək standartlarına cavab verir".

Bir müddət əvvəl "The Wall Street Journal" mənbələrə istinadən xəbər vermişdi ki, yeni 30 illik müqavilə on milyardlarla dolların ayrılmasını nəzərdə tutur. Amerika şirkətləri krallığın nüvə infrastrukturunun inkişafında əsas rol oynayacaq. Qəzetin məlumatına görə, müqavilənin əsas müddəası, tərəflər belə bir addımı haqlı hesab etdikləri təqdirdə, Səudiyyə Ərəbistanında uran zənginləşdirmə qurğusunun tikintisidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR