İnsanlara hürriyət, millətlərə istiqlal!

Pilot selfi çəkir, sərnişinlər narazılıq edir

1307 12.09.2018 02:26 Dünya A A

Braziliyalı pilot Daniel Centeno digər məsləkdaşları kimi işinə görə dünyanın dörd bir tərəfini təyyarə ilə qət edir.

Açdığı İnstaqram hesabında 63 min təqibçisi olan Daneil Centeno bu hesabından getdiyi yerlərin şəkillərini paylaşmağı da yaddan çıxarmır. Amma Daniel Centenonun bəzi şəkilləri təqibçilərinin etirazına səbəb olub. Uçuşa aid paylaşdığı şəkillərdəki hərəkətləri xüsusən də tez-tez uçuş edən sərnişinlərin etirazını doğurub. Belə ki, həmin fotolarda pilot şelfi çubuğunu kabinədən çıxarır, ya da pəncərəni açıb, başını bayıra çıxararaq poza verir. Bu isə onun uçuşlarda təhlükəsizlik qaydalarını tamamilə pozduğunun göstəricisidir. Halbuki işin gerçəyi tamamən fərqlidir. Belə ki, təqibçilərndən aldığı etiraz dolu məktublardan sonra Centeno bildirib ki, sözügedən şəkillər fotoşop məhsuludur və uçuş zamanı belə şəkillər çəkmək, ümumiyyətlə, praktiki baxımdan mümkün deyil. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR