İran prezidenti Məsud Pezeşkian hərbi müqavilə imzalamaq üçün Putinlə görüşəcək.
Musavat.com xəbər verir ki, bu barədə "Tehran Times" məlumat yayıb.
Sayt bildirib ki, İran prezidenti Məsud Pezeşkian gələn cümə günü Moskvaya səfər edəcək və orada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Qeyd olunur ki, iki dövlətin liderləri ölkələr arasında hərtərəfli strateji əməkdaşlıq haqqında saziş imzalayacaqlar.
Musavat.com