Bu gün Fransa Çaddakı ikinci hərbi bazasını ölkə hakimiyyətinə təhvil verib.
Musavat.com AFR-ə istinadən xəbər verir ki, Fransanın hərbi qüvvələri Çadda 1960-cı ildən – ölkə müstəqilliyini elan etdikdən sonra yerləşdirilib.
2024-cü il noyabrın sonlarında Mərkəzi Afrika ölkəsi keçmiş “müstəmləkə hökmdarı” ilə hərbi əməkdaşlığa qəfildən son qoyub və Fransa qoşunları dekabrın sonunda ölkəni tərk etməyə başlayıb.
Çadın müdafiə naziri İssaka Mallua Camuss rəsmi mərasimdə "bu gün... Abeçe bazasının təhvil verilməsini qeyd edirik" deyib.
O, bunu "bu ordunun ölkəmizdən yekun və tamamilə çıxarılmasına aparan" əsas addım adlandırıb.
Dünən axşam texnika karvanları yola düşdükdən sonra 100-ə yaxın əsgər bu günü Abeçe bazasını tərk edib.
Çaddakı Fransa ordusunun sayı 1000-ə yaxın idi.
Camuss bildirib ki, Fransanın qoşunların çıxarılması üçün yanvarın 31-nə təyin etdiyi son tarix “məcburi, geri dönməz və müzakirə oluna bilməz”.
Musavat.com