İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ona silah verən Fransa və digər ölkələrlə kontraktları ləğv etməlidir - ŞƏRH

359 11.01.2025 22:29 Ölkə A A

“Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsindən, 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatından və Qazax rayonun 4 kəndinin bir güllə belə atılmadan qaytarılmasından sonra Cənubi Qafqazda yeni siyasi reallıqlar yarandı. Qlobal dünyanın böyük əksəriyyəti bu reallıqları qəbul etməklə yanaşı, illərdən bəri regionda mövcud olan böyük müharibə təhlükəsinin aradan qalxmasını alqışladı. Nikol Paşinyan və digər Ermənistan rəsmiləri də ilk baxışda bu reallıqları qəbul etdiklərini, əsrlər boyu ermənilərin mənəviyyatını zəhərləmiş “böyük Ermənistan” xülyasının bir puç olduğunu sanki anlamış kimi, Azərbaycana qarşı heç bir ərazi iddiasında olmadıqlarını, əsas məqsədlərinin dünya birliyi tərəfindən tanınan “real “Ermənistanı”ın qoruyub saxlanması olduqlarını nümayiş etdirməyə çalışırlar. Əslində isə mətbuatda, ikitərəfli və çoxtərəfli görüşlərdə, eləcə də beynəlxalq tədbirlərdə özlərini “sülh göyərçini” kimi təqdim edən bu adamlar və onların “züy tutanları” Azərbaycanın haqlı tələblərini kənara qoymaqla, sülh müqaviləsinin razılaşdırla bilməməsinin günahını Azərbaycanın üzərinə atmağa çalışır, beynəlxalq ictimai rəyi ona qarşı yönəltməyə səy göstərirlər. Bəs əslində nə baş verir?”

Musavat.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

O bildirib ki, Nikol Paşinyan 44 günlük müharibədən sonra qeyd-şərtsiz kapitulyasiyanı qəbul etmiş olsa da, onun siyasi səhnəni tərk etməyən köhnə opponentləri baş naziri istefa verməyə, yeni seçkilər keçirməyə, yeni müttəfiqlər axtarmağa və üçüncü “Qarabağ savaşı”nı başlatmağa çağıran revanşist çıxışlar etməyə başladılar. Köçəryanların, Sarkisyanların ardınca Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu hissəsində demarkasiyası fonunda zühur edən “yeni lider” - keşiş Baqrat Qalstyan bir neçə ay ərzində Paşinyanı təzyiq altında saxladı. Azərbaycana düşmənçiliyi ilə seçilən bu saqqallı, daxildəki revanşist qüvvəllərlə yanaşı, xaricdən də böyük dəstək aldı. Təzyiq artdıqca, Nikol Paşinyan da yavaş-yavaş “nala-mıxa” vurmağa başladı. “Uşaq aşıq yığan kimi”, Nikol da silah toplamağa başladı. Sülhdən danışaraq, nağd-nisyə, ya da ianə kimi verilən silahlarla silahlanmağa başlayan Ermənistan əsl simasını növbəti dəfə göstərdi. Bu isə o deməkdir ki, “körpə ilana mərhəmət etsən, başı böyüyən kimi, zəhərini ilk sənə axıdacaq”.

Onun sözlərinə görə, prosesləri diqqətlə izləyən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə xəbərdarlıq edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan sürətlə silahlanmanı dərhal dayandırmalı, silahlar geri qaytarılmalı, ATƏT-in formal olaraq qalmaqda davam edən Minsk qrupu buraxılmalı, Ermənistan konstitusiyasında Qarabağa iddianı təsbit edən maddələr ləğv edilməli, ABŞ, Avropa İttifaqı və Ermənistan platformasının yaradılması kimi çoxtərəfli danışıqlar formatına və revanşist çıxışlara son qoyulmalıdır. Əks halda Azərbaycan bütün siyasi, hüquqi və güc vasitələrindən istifadə edərək, lazımi tədbirləri görəcəkdir. Bu baxımdan Prezidentin yerli televiziya kanallarına müsahibəsi zamanı irəli sürdüyü fikirlər getdikcə “yalnızlaşan” Ermənistan üçün sonuncu xəbərdarlıq da sayıla bilər: “Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR