Slovakiya prezidenti Petr Pelleqrini Kiyevə getməkdən imtina edib.
Musavat.com bu barədə TASS-a istinadən xəbər verir.
O, bunu Ukraynanın Rusiya qazını Avropaya nəql etməkdən imtina etməsi ilə əlaqələndirib.
“Mən oraya sadəcə şəkil çəkdirmək üçün getmək istəmirəm. Ukraynanın addımlarından sonra Slovakiyaya bir damcı da neft və ya qaz getməyəcək, o zaman mən doğrudan da ora getməməliyəm. Heç kim məndən inciməsin... Mənim səfərim hələ elan oluna bilməz" -, deyə ölkə prezidenti qeyd edib.
Musavat.com