İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovun qızını aldadıb kartındakı pulları çəkdilər - VİDEO

1131 31.08.2022 23:34 Region A A

Kremlin sözçüsü Dmitri Peskovun qızı Liza bank kartları ilə bağlı fırıldaqçıların hiyləsinə tuş gəlib.

Musavat.com Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Peskovun özü danışıb.

“Bu insanlar inandırmağı bilirlər. Bu da istedaddır. Ancaq yaxşı məqsəd üçün deyil, cinayət üçün istifadə olunan bacarıqdır. Onlar, təəssüf ki, bu istedadın sahibidirlər. Qızım keçən il onların tələsinə düşdü”, - deyə Peskov vurğulayıb.

O, qızına fırıldaqçıların bu cür hərəkətləri barədə dəfələrlə xəbərdarlıq etdiyini qeyd edib.

“Bilmirəm, bu bəd istedadlı adamlar tutuldu, ya yox, amma pullar geri qaytarıldı”, – deyə Peskov bildirib.

Kremlin sözçüsü hadisənin 2021-ci ildə baş verdiyini əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR