İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov Puqaçovanın əlini öpdü  VİDEO

1753 06.05.2023 22:33 Şou-biznes A A

Xəbər verdiyimiz kimi, Rusiyanın Xalq artisti Alla Puqaçova Moskvaya qayıdıb.

Axşam.az xəbər verir ki, ifaçı mayın 2-də vəfat edən modelyer Valentin Yudaşkinlə vida mərasimində iştirak edib. Troekurovski qəbiristanlığında keçirilən mərasimdə müğənni pərəstişkarları və jurnalistlərlə ünsiyyət qurmayıb.

Dəfn mərasiminə qatılanlar arasıda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da yer alıb. Sosial şəbəkələrdə onun Puqaçovaya yaxınlaşaraq əlini öpdüyü və başsağlığı verdiyi video yayılıb. Görüntülərdə Peskovun ifaçıya "Necəsiniz? Sizi görməyə çox şadam" sözlərini dediyi əks olunsa da, Puqaçovanın cavabı anlaşılmayıb.

Bundan başqa, ifaçı vida mərasimində özünü pis hiss etdiyi üçün onu qollarından tutaraq müşayiət ediblər.

Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücumundan sonra İsrailə köçüb.

Onu da qeyd edək ki, Yudaşkin uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR