Vaşinqton ilə Tel-Əviv arasında son dövrlər pərdəarxası münasibətlərdə ciddi gərginliyin yaşandığı barədə iddialar yayılıb.
Musavat.com xəbər verir ki, "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ administrasiyasındakı etibarlı mənbəyə istinadən Amerika lideri Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə şəxsi görüşlərdən qəsdən yayındığını yazıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti İsrail hökumətinin başçısından ciddi şəkildə narazıdır və vaxtaşırı olaraq öz köməkçilərinə onunla nə danışmaq, nə də görüşmək istəmədiyini açıq şəkildə bildirir.
Qəzet həmçinin qeyd edir ki, Netanyahu gələn həftə senator Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a səfər etməyi planlaşdırsa da, Ağ Evin bu soyuq münasibəti fonunda sözügedən səfər hələlik rəsmən təsdiqlənməyib.
Musavat.com






