İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Rusiyanın ən gizli və strateji hərbi obyektinə GETDİ - VİDEO

667 24.07.2026 15:19 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin İrkutsk şəhərinə səfəri çərçivəsində ölkənin mühüm hərbi-sənaye obyektlərindən biri olan İrkutsk Aviasiya Zavodunu ziyarət edib.

Musavat.com xəbər verir ki, Rusiya lideri müəssisədə aviasiya texnikalarının istehsalı prosesi və zavodda həyata keçirilən layihələrlə yaxından tanış olub, aparılan işləri yerindəcə baxışdan keçirib.

Yayımlanan kadrlar göstərir ki, V.Putin zavodun istehsal sexlərini gəzərək, təyyarələrin yığılma mərhələləri və müəssisənin ümumi fəaliyyəti haqqında mütəxəssislərin məruzələrini dinləyib.

Qeyd edək ki, sözügedən zavod Rusiya Hərbi Hava Qüvvələri üçün strateji əhəmiyyət kəsb edən əsas aviasiya mərkəzlərindən biridir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR