İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran qarşıdurması ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

508 24.07.2026 14:58 Dünya A A

ABŞ və İran arasında qarşılıqlı hərbi əməliyyatlar artıq 13-cü gündür davam edir və münaqişə getdikcə daha geniş coğrafiyanı əhatə etməyə başlayır. Vaşinqtonun İranın hərbi obyektlərinə zərbələri, Tehranın isə ABŞ-nin regiondakı hərbi bazalarını hədəfə alması Yaxın Şərqdə təhlükəsizlik risklərini daha da artırıb. ABŞ keçirilən əməliyyatların İranın hərbi komanda mərkəzləri, pilotsuz uçuş aparatlarının anbarları, rabitə şəbəkələri, sahil müşahidə obyektləri və hərbi-dəniz imkanlarını hədəf aldığını bildirib.

İran öz növbəsində İordaniyadakı Əl-Əzraq hərbi bazasına və Bəhreyndə yerləşən Şeyx İsa aviabazasına zərbələr endirdiyini açıqlayıb. Tramp İrana qarşı oxşar zərbələrin davam etdirilməsinin zəruri olduğunu bildirib. O, hələlik Tehranla yeni atəşkəs razılaşması üzrə danışıqlara başlamaq niyyətində olmadığını vurğulayıb:

"İranla bağlı vəziyyəti çox yaxşı idarə edirik. Onlar müəyyən addımlar atmaq istəyirlər, amma düşünürəm ki, hələ buna hazır deyillər. Onlara daha çox belə zərbələr lazımdır".

ABŞ-nin hədəf aldığı obyektlər İranın hərbi potensialına nə dərəcədə ciddi zərbə vurur? Yaxın günlərdə atəşkəs və ya danışıqlar ehtimalı daha real görünür, yoxsa qarşıdurmanın daha da genişlənməsi?

SEHLA SON.jpeg (147 KB)

Mövzu ilə bağlı politoloq Şəhla Cəlilzadə Musavat.com-a danışıb:

"ABŞ və İsrailin İrana qarşı müharibəsinin birinci mərhələsində, yəni Hörmüz boğazı bağlı qalanda neft qiymətləri 75 dollardan 210 dollara qalxmışdı. Müharibə yenidən aktivləşib. İran ondan yan keçən marşrutları münaqişə zonasına çevirməklə, müharibə coğrafiyasını genişləndirməklə dünyaya əlavə iqtisadi yük yaratmağa və ABŞ-ni danışıqlar masasına qaytarmağa çalışacaq. Artıq İran husiləri aktivləşdirib. Hədəf Qırmızı dənizin yuxarı və aşağı axınlarında strateji keçidlərə təhdid yaradaraq qlobal ticarəti məhdudlaşdırmaqdır. Tramp müharibənin birinci mərhələsində neft qiymətləri 200 dolları keçəndə təzyiqi dayandırdı və İranın tələb etdiyi şərtlərdə anlaşma memorandumunu əməl etməyəcəyini bilə-bilə imzaladı. İkinci mərhələdə qiymətlər yenə yüksələn trenddədir. Hazırda müharibənin aktivləşməsindən 2 həftə keçir və "Brent" markalı neft 87 dollaradır. İranın mühüm limanları, hərbi bazaları, enerji infrastrukturu vurulur. Bu gün hətta Xəzər sahilindəki bazaya da hücum olunub. Məqsəd İranın alternativ ticarət və tədarük imkanlarını məhdudlaşdırmaqdır".

Politoloqun fikrincə, hazırda danışıqlar və atəşkəs real görünmür:

"Tərəflər müharibənin genişlənmə ssenarisi üzrə addımlamaqdadır. Tükəndirmə savaşında tərəflərdən birinin strateji imkanları məhdudlaşdıqdan sonra danışıqlar masasına keçid olacaq".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR