Şəhid Rüfət Quliyevin anası Səltənə Quliyeva vəfat edib.
Musavat.com xəbər verir ki, Səltənə Quliyeva iyulun 21-də Lerik rayonunun Molalan kəndində dünyasını dəyişib.
Qeyd edək ki, Rüfət Ağaqulu oğlu Quliyev 28 sentyabr 1981-ci ildə Lerik rayonunun Molalan kəndində anadan olub. O, 1990-cı ildə Molalan kənd tam orta məktəbinin birinci sinfinə qəbul edilib, 2000-ci ildə həmin məktəbi bitirib.
1999-cu ildə Lerik Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Rüfət Quliyev Milli Ordunun sıralarında xidmət edib. Xidməti Daşkəsən rayonunda yerləşən hərbi hissədə keçən R.Quliyev nümunəvi davranışı və intizamı ilə komandirlərinin hörmətini qazanıb.
Rüfət Quliyev 2001-ci il yanvarın 2-də Daşkəsən rayonunun Qabağtəpə ərazisində xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş qar uçqunu nəticəsində şəhid olub. Onun nəşi doğulduğu Molalan kəndinə gətirilərək orada dəfn edilib.

Şahanə Rəhimli
Musavat.com






