İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev vilayətində qanlı gün: Prezidentin müşavirinin də olduğu sərgi yerlə-yeksan olundu

485 24.07.2026 15:13 Dünya A A

Ukrayna hərbi sənayesinin ən son məhsullarının nümayiş etdirildiyi qapalı hərbi tədbir Rusiya ordusunun ballistik raket zərbəsinin hədəfinə çevrilib.

Musavat.com xəbər verir ki, Rusiya qoşunları Kiyev yaxınlığındakı poliqonlardan birində keçirilən müdafiə-sənaye kompleksi məhsullarının sərgisinə dəhşətli raket zərbəsi endirib. Hücum nəticəsində ərazidə ciddi dağıntıların baş verdiyi və çoxlu sayda insan tələfatının olduğu bildirilir.

Hadisə barədə "First Contact" hərbi məhsullar istehsal edən şirkətin təsisçisi və döyüş əməliyyatlarının iştirakçısı Valeri Borovik məlumat yayıb.

Onun sözlərinə görə, zərbə birbaşa silah nümunələrinin nümayiş etdirildiyi lokasiyaya düşüb. "Armada" pilotsuz sistemlər sərgisində Ukrayna Prezidentinin müşaviri və hərbi ekspert Sergey "Fleş" də iştirak edib.

O, artıq rabitəyə çıxaraq özünün və komandasının xəsarət almadığını, təhlükəsiz yerdə olduqlarını təsdiqləyib.

Sosial şəbəkələrdə isə bu faciəyə səbəb kimi sərginin keçiriləcəyi barədə anonsların və detallı məlumatların açıq internet resurslarında yerləşdirilməsi göstərilir.

Hazırda hadisə yerində xilasedicilər və operativ xidmətlər çalışır, rəsmi itkilərin siyahısı dəqiqləşdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR