İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtda qəza törədən sürücü hadisə yerindən qaçıb - VİDEO

695 17.11.2019 17:11 Hadisə A A

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, naməlum avtomobil taksi fəaliyyəti göstərən, 1993-cü təvəllüdlü Taleh Rüstəmovun idarə etdiyi “Ravon” markalı 90-PN-361 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb. Hadisə nəticəsində T.Rüstəmov və onun sərnişini olan qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar. 

Qeyd edək ki, qəzanı törədən sürücü hadisə yerindən qaçıb. 

Polis hadisənin təfərrüatını araşdırır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR