İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtda piyada keçidi içkili şəxslər tərəfindən dağıdılır - İDDİA VİDEO

618 13.02.2024 02:39 Hadisə A A

Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən piyada keçidi bir neçə il əvvəl tam şəkildə təmir edilərək sakinlərin istifadəsinə verilib.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, son aylar keçid səfil həyat tərzi sürən şəxslər tərəfindən bərbad hala salınıb.

Keçidə nəzarət olunmasını tələb edən sakinlər bildirirlər ki, divarları sındıran şəxslərə irad bildirdikdə aldıqları cavab da mənfi olur.

Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən piyada keçidi onların balansında deyil. O da bildirilib ki, piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə icra hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşlarına sözügedən keçidə atılan məişət tullantılarının mütəmadi təmizlənməsi tapşırılıb.

Daha sonra məlum oldu ki, piyada keçidi “Azərbaycan Dəmir Yolları” QSC-nin balansındadır. Qurumdan bildirildi ki, nəzarətin icra qrumuna verilməsi üçün işlər görülür.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR