İnsanlara hürriyət, millətlərə istiqlal!

PaşinyanPutinəAzərbaycandan şikayət etdi

2230 09.12.2022 18:52 Region A A

“Təəssüf ki, bölgəmizdə vəziyyət gərgin olaraq qalır”.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Bişkekdə Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib. Ermənistanın baş naziri yenə də “Dağlıq Qarabağ”dan bəhs edib və ənənəsinə uyğun olaraq Azərbaycandan Putinə şikayətlənib.

“Qeyd etmək istəyirəm ki, bizim regionda təbii ki, əsas məsələ Dağlıq Qarabağ nizamlanmasıdır. Təəssüf ki, biz Dağlıq Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında da gərginliyin artdığını görürük. Mən əminəm ki, siz Laçın dəhlizinin bu yaxınlarda bağlanmasından xəbərdarsınız. Dağlıq Qarabağda bununla bağlı böyük narahatlıq var. Və ümid edirəm ki, bu gün biz regional təhlükəsizliyin bütün məsələlərini müzakirə edə biləcəyik”, - Paşinyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR