İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla bağlı ŞOK İDDİA: “Ermənistanı satır və...”

1428 14.08.2023 14:23 Son xəbər A A

“Ermənistanda hakimiyyətdə olan insanlar dövlətin prioritetlərinə və vəzifələrinə “mədə-bağırsaq” prizmasından yanaşırlar”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Arman Abovyan öz teleqram kanalında yazıb.

“Hazırda Ermənistan faktiki sinfi mübarizə yolunu keçir. Lakin bu savaş zənginlərlə kasıblar arasında deyil, hər şey daha mürəkkəb və daha dərindir. Biz ermənilər özümüzü “fərqli” hesab etməyə adət etmişik və nədənsə başımıza gələn hər şeyin unikallıq möhürü daşıdığına əminik. Bu, səhvdir. Bütün ictimai formasiyalar, xalqlar, millətlər, ölkələr bu yolu keçib və eyni dilemma ilə üzləşiblər”, - deyə o bildirib.

Revanşist politoloq Paşinyan iqtidarını ermənilərə “sülh müqabilində rahatlıq və yemək-içmək” siyasətini təlqin etdirməkdə suçlayıb.

“Erməni əhalisinin əksəriyyətinin bu ideologiyanı tamamilə rədd etməsinə baxmayaraq, “mədə-bağırsaq” yanaşmasının cəmiyyətin müəyyən hissəsində rezonans doğurması tamamilə təbiidir. Lakin həmin Ermənistan hakimiyyəti bilərəkdən unudur ki, “Qarabağ müqabilində rifah, əmin-amanlıq və firavanlıq” prinsipi işə keçməyəcək.

Sadə dillə desək, indiki Ermənistan hakimiyyətinin “Qarabağı Ermənistan və ermənilərin sülh və firavanlığı naminə verək” siyasi konsepsiyası istər-istəməz həm ölkənin itkisinə, həm də milli fəlakətə gətirib çıxaracaq”, - deyə Abovyan bildirib.

Göründüyü kimi, Ermənistanda revanşist intellektual kəsim hər vəchlə öz xalqını yeni savaş, qırğın və qan tökülməsinə hazırlayır. Görünür, 44 günlük müharibə hələ onlara lazım olan dərsi verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR