İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın rəqibinin timsahı zabiti dişlədi  

685 09.07.2026 15:34 Dünya A A

Seçkilərdə baş nazirliyə iddiaçı olanlardan biri, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanın mənzilində axtarış aparılarkən heyrətamiz hadisə baş verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin nümayəndələrinin müşayiəti ilə müstəntiqlər erməni milyarderə məxsus timsahları çıxarıb zooparka aparmaq üçün onun evinə gediblər.

“Hraparak” qəzetinin yaydığı məlumata görə, yırtıcılardan biri ona yaxınlaşan Xilasetmə Xidmətinin əməkdaşına hücum edib. Zabit heyvanın əlindən qurtula bilsə də, timsah onu dişləməyə müvəffəq olub. Yaralı dərhal təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

“Biz Daxili İşlər Nazirliyindən şərh almağa çalışsaq da, hələ ki, cavab almamışıq”, - nəşr qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR