İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın keçmiş müşaviri: “Ermənistan rəhbərliyi Rusiyanın müştərisidir”

949 14.11.2022 12:34 Region A A

Ermənistan baş nazirinin keçmiş müşaviri Arsen Qasparyan sülh dövründə Azərbaycanla danışıqları səmərəsiz hesab etdiyini söyləyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, yerli jurnalistlərlə söhbətində mövzu ilə bağlı fikirlərini paylaşıb.

“Mən bu prosesin effektiv olduğunu görmürəm. Bu proses səmərəli ola bilməz. Tərəflər sadəcə özləri üçün ən faydalı prinsipləri çıxarmaq üçün Aİ, Rusiya və ABŞ-ın nə təklif edəcəyini dinləmək istəyirlər”, – deyə Qasparyan qeyd edib.

Qasparyanın fikrincə, sülh dövrü müsbət nəticə verə bilməz.

Nikol Paşinyanın keçmiş müşaviri Ermənistanın hazırkı hökumətinin Rusiyanın tərəfdaşı olmadığını vurğulayıb.

“Bir kiçik dövlət başqa dövlətin müştərisinə çevriləndə bu münasibətlərdə iyerarxiya yaranır və böyük dövlətin hansısa maraqlarına xidmət edir. Təəssüf ki, bu gün Ermənistan hakimiyyəti Kremlin tərəfdaşı deyil, məhz müştərisidir. Hesab edirəm ki, bu, Ermənistan-Rusiya münasibətlərində ciddi problemdir”, – deyə Arsen Qasparyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR