İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı Azərbaycana qarşı həddini aşan cümlələr işlətdi  

1080 14.09.2023 12:08 Siyasət A A

“Bu günlərdə Ermənistanda bir sıra daxili qüvvələr yenidən ölkənin suverenliyinə qəsd edirlər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlələr Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının rəhbəri Ayk Koncoryanın “Facebook” səhifəsində yazdığı statusda əks olunub.

Koncoryan həyasızlıqla Azərbaycanın üzərinə böhtan atmaqdan çəkinməyib.

“Bu günlərdə Azərbaycan növbəti dəfə Ermənistanın sərhədləri boyunca böyük miqdarda hərbi texnika cəmləşdirir.

İrəvanda yenidən seçki kampaniyası gedir. Və bu günlərdə Ermənistanın bir sıra daxili qüvvələri yenidən Ermənistan Respublikasının suverenliyinə qəsd edir, İrəvanı qanla da olsa ələ keçirməklə hədələyirlər. Ermənistan yenidən iki cəbhədə döyüşür”,-deyə Koncoryan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR