İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan növbəti dəfə ZİDDİYYƏTLİ mövqelər

1467 31.03.2024 15:18 Son xəbər A A

“Görünən odur ki, Azərbaycan regionda yeni müharibəyə başlamaq üçün səbəblər tapmağa çalışır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir cəfəng iddia ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.

Qəribəsi budur ki, şərti sərhədlərə ordu toplayan ölkənin rəhbərliyi Azərbaycana rəsmi şəkildə şər atır. Paşinyan özü də anlayır ki, ölkəsini növbəti təhlükəli oyuna cəlb edir.

“Çox açıq şəkildə qeyd etmək lazımdır ki, Ermənistan hökumətinin Tavuş vilayətinin 4 kəndi ilə bağlı heç vaxt ambisiyaları olmayıb, xüsusən də Azərbaycanın bölgədə yeni, genişmiqyaslı müharibəyə başlamaq üçün səbəblər axtardığı bizə aydın olan bir şəraitdə”, deməklə Ermənistanın baş naziri növbəti dəfə ziddiyyətli mövqe sərgiləyib.

O, partiya yoldaşları ilə görüşündə həm Azərbaycana məxsus kəndlərdən danışıb, həm də o kəndləri “Tavuş vilayətinə aid” edib.

“Bizim siyasi mövqeyimiz, mesajımız ondan ibarətdir ki, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış, suveren ərazisindən, o cümlədən Azərbaycanın qeyd etdiyi kəndlərin ərazilərindən kənarda heç bir iddiası yoxdur və Qızıl Hacılı kəndi bu gün 100 faiz Azərbaycanın nəzarəti altındadır”, - Nikol Paşinyan əlavə edib.

Paşinyan onu da qeyd edib ki, hökuməti üçün Ermənistan sərhədinin harada olduğunu vurğulamaq çox vacibdir və ümid edir ki, Azərbaycan da bu istiqamətdə addım atacaq.

Nikol Paşinyan yenidən Ermənistan Respublikasının xəritəsinin maketini göstərib və bildirib ki, o, Milli Assambleyada Ermənistan ərazisinin böyüklüyü ilə bağlı açıqlama verəndə minlərlə insan küçələrə axışıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR