İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı MÜHÜM AÇIQLAMA

6223 18.11.2021 11:45 Son xəbər A A

“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbul ediləndir”.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənstanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasisiyası üzrə 3 təklif irəli sürüb:

“Bunların 3-də bizim üçün qəbulediləndir. Mənim noyabrın 17-də verdiyim bəyantdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir daha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbul ediləndir”.

Hökumət başçısı əlavə edib ki, Ermənistanın müdafiə naziri Suren Papikyana Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə təklifin detallarını dəqiqləşdirməyi tapşırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR