İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan TƏLAŞDA: “Bölgədə münasibətlərimizi dəyişməsək...”

1960 10.01.2023 15:35 Gündəm A A

“Bölgədə münasibətlərimizi dəyişməsək, mövcud təhlükələri idarə edə bilməyəcəyik, amma arzu etmək kifayət deyil, düşündüyümüzdən daha çevik olmalıyıq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, Rusiya ilə Türkiyə arasında münasibətlərin niyə və necə dəyişdiyini, bunun Ermənistan üçün nə demək olduğunu anlamağa çağırıb.

“Rusiya ilə Azərbaycan arasında münasibətlər niyə və necə dəyişib? Bunun bizə təsirini başa düşməliyik. Suallara cavab verməliyik: regionda necə mövqe tuturuq? Qonşu və tərəfdaş, yoxsa istehkam kimi? Yoxsa tarixi ədalət uğrunda mübarizə aparan, başqa ölkələrə dərs verməli bir dövlət kimi?”, – deyə Paşinyan ritorik suallar ünvanlayıb.

“Ermənistan hökuməti bu seçimi edib, lakin bu, qəbuledilməz ola bilər. Biz başa düşməliyik ki, dünyadan regiona, yoxsa regiondan dünyaya doğru gedək. Tarixən biz birincini etmişik. Bu, cavablandırılmalı olan əsas sualdır. Biz regiondan dünyaya getməliyik”, - deyə Nikol Paşinyan əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR