İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Rusiyaya “İŞİMİZƏ QARIŞMAYIN”, Sərkisyan “Rusları qovaq” dedi – CANLI

844 24.11.2023 16:22 Son xəbər A A

Ermənistanla Rusiya arasında yayım sahəsində əməkdaşlıq haqqında sazişdə ölkənin daxili işlərinə qarışmamaq barədə şərt var. Musavat.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Baş nazir qeyd edib ki, ölkəsi ilə Rusiya arasında yayım sahəsində əməkdaşlıq haqqında saziş 2020-ci ilin dekabrından mövcuddur. Bu sənəd yayım şərtlərini tənzimləyir. Onların arasında Ermənistanın daxili işlərinə qarışmamaq və ölkədə daxili siyasi sabitliyinin pozulmasının yolverilməzliyi barədə şərt yer alır.

Paşinyan ölkədə bəzi Rusiya kanallarının qadağan edilməsinin mümkünlüyü barədə sualı cavablandıraraq əlavə edib ki, Ermənistanın Televiziya və Radio Komissiyası və Yüksək Texnologiyalar Nazirliyi bu sazişin pozulması hallarını qeydə alıb. Rusiya ilə dostluq münasibətlərini nəzərə alaraq, rusiyalı həmkarlarını bu məsələləri müzakirə etməyə dəvət edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan silah alınması üçün ödənilən vəsaitlə bağlı məsələni şərh edib. Ermənistan hökumətinin başçısı deyib ki, Ermənistanın Rusiyadan silah alışı üçün ödədiyi məbləğlə bağlı İrəvanla Moskva arasında danışıqlar davam edir. Paşinyan qeyd edib ki, həmin müqavilələrdə qeyd olunan silahlar hələ ölkəsinə tədarük edilməyib.

Paşinyan həmçinin əlavə edib ki, problemin həlli variantı kimi həmin vəsaitin Ermənistanın Rusiyaya olan dövlət borcundan tutulması imkanları nəzərdən keçirilir.

Erməni sosioloq Karen Sərkisyan Rusiyanı Ermənistandan qovmağı təklif edib. “Fikrimcə, Rusiyanı Ermənistandan süpürgə ilə qovmalıyıq. Əməkdaşlığı bitirmək, rus telekanallarını ləğv etmək, rus məktəblərini bağlamaq, bizə göndərdikləri kitablarını kubik halına salıb elə qovduğumuz ruslar vasitəsilə ölkələrinə göndərmək lazımdır. Konsulluq açmaqlarına imkan verməməliyik, sərhədçilərini, Rusiyadan gəlib burada sinaqoqu yandırmağa cəhd edən əclafları qovmalıyıq. Onları döymək lazımdır ki, yaxın 100 il ərzində Ermənistanı xatırlayarkən kəkələsinlər. Rusiya Ermənistandan abidələri ilə birgə qovulmalıdır!” – Karen Sərkisyan bildirib.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun moderatorluğu ilə siyasi ekspertlər - Züriyə Qarayeva və Aytən Qurbanova regionu müzakirə edirlər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR