İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Putinə yazdığı məktubdan danışdı  

920 17.09.2023 12:03 Siyasət A A

"Rusiya prezidenti Vladimir Putinə ünvanlanan məktubda vəziyyətlə bağlı qiymətləndirməmiz öz əksini tapıb və bu, cari il ərzində artıq 7-8 telefon danışığında qeyd olunub".

Musavat.com-un erməni mediasına istinadən yaydığı məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan merinə seçkilərdə səs verdikdən sonra jurnalistlərə Putinə yazdığı məktubla bağlı açıqlamasında deyib.

“Bizim ictimai və iş ünsiyyətimizin məzmunu bir-birindən çox da fərqlənmir. Rəsmi məktublar üçün janr qaydaları var. İctimaiyyətə dediyimiz hər şeyi biz də rəsmi məktub janrının qaydaları çərçivəsində bəyan edirik və eyni şeyi deyirik. Bəli, bu yazışmalar məxfidir, bu məktublar dərc olunmur, amma siz onların məzmununu bilirsiniz” - Paşinyan bildirib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda (EEF) keçirilən plenar iclasda Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən ona mövcud vəziyyətlə bağlı ətraflı məktub göndərdiyini söyləmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR