İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Əskiparaya getdi - VİDEO

2270 25.05.2024 16:03 Region A A

Ermənistanın baş naziri Nikol Paşinyan Qazax rayonu ilə həmsərhəd bölgəyə gəlib, Əskiparadakı (Voskepar) Surb Astvatsatsin kilsəsini ziyarət edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Paşinyan öz Facebook səhifəsində səfərin videosunu yayıb.

Görüntülərdən aydın olur ki, təhlükəsizlik qüvvələrinin nümayəndələri və yerli hakimiyyət orqanlarının rəhbərləri kilsədə Paşinyanla görüşür və vəziyyətlə bağlı hesabat verirlər.

Erməni mediası ardınca yazıb ki, Paşinyan hazırda kənd sakinləri ilə görüşür, onlar qəzəblənib və Ermənistanın baş nazirindən təhlükəsizlik zəmanəti tələb edirlər. Kəndlilər sərt suallar verir və onun danışıq aparmağı bilmədiyini deyirlər.

Paşinyanı çoxlu təhlükəsizlik və polis əməkdaşları müşayiət edir və jurnalistlərin onlara yaxınlaşmasına belə imkan vermirlər.
Bundan əvvəl Paşinyan Bağanis məktəbində kənd sakinləri ilə qapalı görüş keçirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR