İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan Ermənistanın suverenliyini xaricilərə etibar edir” - erməni ekspert

419 30.05.2023 16:44 Region A A

“Hakimiyyət hər vəchlə bizi Azərbaycanın irəli sürdüyü “dəhliz məntiqi” ilə razılaşmayacağına inandırmağa çalışır, amma reallıqlar bunun əksini göstərir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Arman Abovyan öz teleqram kanalında yazıb.

Onun sözlərinə görə, tərəflər hazırda Naxçıvandan Azərbaycana logistika axınlarına nəzarət etmək üçün Ermənistanın suveren hüquqlarının bir hissəsinin Beynəlxalq Gömrük Təşkilatına verilməsi variantını nəzərdən keçirirlər.

“Əgər siz bizim suverenliyimizin bir hissəsini təhvil versəniz, “xilaskar” avro-müşahidəçilər haqqında yalan danışdığınız kimi, yenə yalan danışmağa başlayacaqsınızmı? Sizlər avropalıların gəlməsi ilə hər şeyin yaxşı olacağını deyirdiz. Bu, “dəhliz məntiqi” deyilsə, bəs nədir?”, - deyə Abovyan yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR