İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Cennifer Lopezi İrəvana gətirir

1488 15.08.2023 14:53 Son xəbər A A

“Paşinyan iqtidarı İrəvan seçkilərini qazanmaq üçün səxavətlə pul xərcləyir”.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Əvvəlcə Ermənistan hökumətinin aparat rəhbəri sentyabrda misli görünməmiş bir ulduzun konsertini təşkil edəcəklərini bildirdi. Sonra məlum oldu ki, bu ulduz Snoop Dogg adlı müğənnidir, onun adını isə çoxları eşitməyib. İqtidar 3 musiqi tədbirinə 23 milyon dollar xərcləmək qərarına gəlib. Onların birinə 6,2 milyon, ikincisinə 9 milyon, üçüncüyə isə 7,9 milyon dollar pul ayrılıb.

Bizim məlumatlara görə, 9 milyon dollar xərclənəcək ən bahalı ulduz Cennifer Lopezdir. Axtarışlar nəticəsində insanlar Snoop Doggun o qədər də bahalı müğənni olmadığını, maksimum qiymətinin bir neçə yüz min dollar olduğunu öyrəniblər. Bəs hökumət vergi ödəyicilərinin 6,2 milyon dollarını nəyə xərcləyəcək?

Gələn məlumatlara əsasən, Snoop Doggun qonorarı 2 milyon 50 min dollar təşkil edir. Bəs 3 milyon 950 min dollar nəyə gedəcək? Ermənistanda heç bir konsert tədbiri bu qədər baha başa gələ bilməz, bu isə o deməkdir ki, hakimiyyət böyük “pulların yuyulmasına” - çirkli pulların yuyulmasına başlayıb”, - deyə “Hraparak” qeyd edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR