İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan 1976-cı ilin xəritəsini göstərməklə ictimaiyyəti çaşdırmağa çalışdı"

992 24.05.2024 15:47 Region A A

Dünən Paşinyan yenə 1976-cı ilin xəritəsini göstərərək ictimaiyyəti çaşdırmağa çalışıb. Azərbaycan bütün sərhədin delimitasiyası və demarkasiyası prosesinin1976-cı ilin xəritəsi üzrə aparılacağı barədə sənəd imzalayıbmı?

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli revanşist politoloq Argişti Kiviryan danışıb.

“Xəritələrdən asılı olmayaraq, Azərbaycan ona nə sərf edirsə, onu edəcək. Çünki Azərbaycanın fikrincə, onun ərazisinə bütün Ermənistan, indiki Türkiyə, Rusiya və İranın bir hissəsi daxildir”, - deyə erməni ekspert bildirib.

Kiviryanın sözlərinə görə, Ermənistan bir çox ciddi problemlərlə üz-üzədir, bunun əsas günahkarı və məsuliyyəti növbəti günahkarı tapmağa çalışan Nikol Paşinyandır.

“Ermənistan və ermənilər indiki vəziyyətə tarixi və real Ermənistanın toqquşması nəticəsində deyil, Paşinyanın savadsız siyasəti nəticəsində düşüblər”,-deyə Kiviryan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR