İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə MAXE-lərin əmək haqqının iki dəfə artırılması təklif edildi

581 17.11.2021 12:30 Ölkə A A


Parlamentin bu gün keçirilən plenar iclasında deputat Vüqar İskəndərov hərbçilərin maaşlarının artırılması təklifi ilə çıxış etdi.

Azərbaycan Prezidentinin göstərişi ilə Türkiyə ordusuna uyğun olaraq ordu quruculuğuna başladığımızı xatırladan deputat qeyd etdi ki, bütün bu tədbirlər peşəkar orduya keçidi zəruri edir. “Hazırda Ermənistanla müharibə şəraitindəyik və sülh müqaviləsi hələ də imzalanmayıb, son hadisələr də bunu göstərdi”, deputat əlavə etdi.

Parlamentari güclü ordunun yaradılması üçün Azərbaycanda müddətdən artıq xidmət edən hərbçilərin maaşlarının artırılmasını vacib sayıb: “Sülh müqaviləsi imzalansa belə, biz güclü ordu yaratmaq işini davam etdirməliyik. Onların maaşlarının ikiqat artırılmasına ehtiyac var, bu onlara stimul verər. Çünki biz gələcəkdə güclü ordusu olan ölkə kimi tanınmalıyıq”.

V.İskəndərov xüsusilə də müddətdən artıq xidmət edən (MAXE) hərbçilərimizin maaşının iki dəfə qaldırılmasını təklif etdi.

E.Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR