İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris operasının balerinaları Makrona etiraz olaraq soyuq havada “Sonalar gölü”nü ifa etdilər

520 25.12.2019 16:29 Son xəbər A A

Paris milli operasının artistləri katolik Milad bayramı öncəsi maraqlı aksiyaya imza atıblar.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, 40-a yaxın balerina soyuq havada, rus bəstəkarı Pyotr Çaykovskinin “Sonalar gölü” baletindən bir parçanı ifa ediblər.

Aksiya iştirakçısı, 23 yaşlı Eloiz Jokevil Fransa prezidenti Emmanuel Makronun gətirdiyi pensiya islahatlarının bütün opera truppasına zərər vurduğunu bildirib.

Belə ki, balet artisləri üçün nəzərdə tutulan xüsusi pensiya rejimi onlara 42 yaşında səhnədən getməyə və hər ay zədə risklərinə və işlərinin çətinliyinə görə əlavə 1000 avro almağa imkan verirmiş.

Paris milli operasının müğənniləri isə 50 yaşdan sonra rəsmi şəkildə pensiyaya ayrıla bilirlər. Lakin Fransanın digər truppalarında beə üstünlüklər yoxdur və artislər öz işlərini 62 yaşa qədər görmək məcburiyyətindədirlər.

“8 yaşdan baletdəyəm. Hər gün 4-5 saat məşqdən sonra bizim hamımızda ayaqların qırılması, xroniki zədələr baş verir. Bir çoxlarının ali təhsili belə yoxdur”,-deyə Eloiz Jokevil “Le Monde” qəzetinə bildirib.

Operaın pensiya fondunun rəhbəri Aleksandr Karnato isə hökumətin insanları 64 yaşa qədər oynamağa məcbur etdiyini söyləyib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR