İnsanlara hürriyət, millətlərə istiqlal!

Papoyandan Qarabağla bağlı SENSASİON ÇIXIŞ

2208 07.07.2023 17:41 Son xəbər A A

“Qarabağı əlimizdə saxlamaq üçün çox səy göstərdik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Gevorq Papoyan jurnalistlərə müsahibəsində deyib.

Jurnalistlər Papoyana “Əgər Ermənistanın hərbi baxımdan mövqeləri güclü deyildisə, onda nə üçün Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” şüarını səsləndirdi” sualını ünvanlayıblar.

“Biz Qarabağı saxlamaq üçün əlimizdən gələni etdik. Hərbi büdcəni xeyli artırdıq, diplomatiyada sıçrayış etməyə çalışdıq, çünki başa düşürdük ki, ordu müharibəyə hazır deyil, diplomatiya biabırçı vəziyyətdədir. Biz ümidsiz cəhdlər etdik və uğursuz olduq. 20 ildə etməli olduğumuz işi 2 ildə həyata keçirə bilmədik”, - deyə Papoyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR