Londonda məşhurların tədbir təşkilatçısı Fran Katler şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, Katler "Second Act with the Jewel" podkastında özündən 38 yaş kiçik bir kişi ilə münasibətdə olduğunu açıqlayıb.
O bildirib ki, indiyədək heç vaxt özündən böyük yaşda sevgilisi olmayıb. Katlerin sözlərinə görə, yeni sevgilisi hətta onun 26 yaşlı qızı Mercy Magic Katlerdən bir yaş kiçikdir.
Fran Katler etiraf edib ki, qızı bu münasibəti öyrənəndə kəskin reaksiya verib. "Ana, bu, həqiqətən iyrəncdir. Buna inana bilmirəm", – deyə qızı ona bildirib.
O əlavə edib ki, qızının ilk reaksiyası sərt olsa da, aralarındakı münasibət əvvəlki kimi çox yaxşıdır və bu məsələ onların ailə bağlarına təsir göstərməyib.
Musavat.com






