İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda uşaqlarını satmaq istəyən qadınlar saxlanılıb

387 15.02.2024 14:14 Dünya A A

Özbəkistanın üç rayonunda, eləcə də paytaxtında öz uşaqlarını satmaq istəyən qadınlar saxlanılıb.

Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, bu hallar Daşkənddə, eləcə də Buxara, Surxandərya və Namanqan vilayətlərində müəyyən edilib.

Bildirilir ki, Buxara vilayətindən olan, müvəqqəti olaraq Sırdəryada yaşayan 33 yaşlı qadın yeni doğulan oğlunu 40 min dollara satmağa cəhd edib. O, uşağı potensial alıcıya təhvil verərkən cinayət başında yaxalanıb.

DTX-nin əməkdaşları Surxandərya rayonunda da analoji fakt müəyyən ediblər. Orada 41 yaşlı qadınla əlbir olan 31 yaşlı Termiz rayon sakini qızını 25 milyon sum (bizim pulla 34 min manat) qarşılığında satmağa cəhd edərkən saxlanılıb.

Daşkənddə keçirilən əməliyyat əməliyyatı zamanı 27 yaşlı Çirçik şəhər sakini 6 yaşlı oğlunu 3 min dollara satarkən tutulub.

Başqa bir halda isə 29 yaşlı Namanqan sakini 10 yaşlı oğlunu 18 min dollara satmağa cəhd edib. O, 4 min dollar avans alarkən saxlanılıb.

Saxlanılan qadınlar barəsində Cinayət Məcəlləsinin 135-ci (“İnsan alveri”) maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə cinayət işi başlanıb. Faktla bağlı araşdırma aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR