İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda parlament seçkilərində seçici fəallığı 71,1% təşkil edib

226 22.12.2019 21:35 Dünya A A

Özbəkistanın Ali Məclisinin (parlamentin aşağı palatası) Qanunvericilik Palatasına keçirilən seçkilərdə seçicilərin ümumi fəallığı 71,1% təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Seçkilər majoritar sistemə uyğun keçirilib, 50 deputat mandatı uğrunda 750 namizəd mübarizə aparıb.

Qalib gəlmək üçün namizədlər öz dairələrində səslərin 50% -dən çoxunu toplamalıdırlar.

Seçkilərdə “Milli Dirçəliş” Demokratik Partiyası, Xalq Demokratik Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyası iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR