İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan rəsmiləri Bakıya səfər edəcək

597 15.02.2019 20:50 Siyasət A A

Fevralın 18-23-də Özbəkistanın Tikinti nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın şəhərsalma və tikinti sahəsində təcrübəsini öyrənmək məqsədilə gələcək nümayəndə heyətinin tərkibində Özbəkistanın Tikinti Nazirliyinin və bir sıra digər dövlət orqanları və şirkətlərinin rəsmiləri daxildir.

Şəhərsalma, memarlıq və tikinti fəaliyyəti üzrə həyata keçirilən dövlət siyasəti, qanunvericilik, idarəetmənin təşkili və dövlət tənzimləməsi sahələrində ölkəmizin təcrübəsi ilə yaxından tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyən etmək məqsədilə Özbəkistan nümayəndə heyətinin bir sıra aidiyyəti dövlət qurumlarının rəhbərliyi və ekspertləri, habelə özəl sektor nümayəndələri ilə görüşləri planlaşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR