İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan qaz təchizatı şəbəkəsinə 470 milyon dollar yatıracaq

329 20.02.2024 16:40 Son xəbər A A

Özbəkistan Rusiyadan qaz idxalını artırmaq üçün magistral qaz kəmərlərini modernləşdirəcək.

Musavat.com xəbər verir ki, bunu nəzərdə tutan layihə hökumətin qəbul etdiyi investisiya proqramına daxil edilib.

Proqrama əsasən, “Uztransqaz” SC magistral qaz kəmərləri sisteminin modernləşdirilməsinə 470 milyon dollara qədər investisiya cəlb edəcək.

Modernizasiyanın 2024-2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin maliyyələşdirilməsi xarici bankların vəsaitləri hesabına həyata keçiriləcək.

Xatırladaq ki, 2022-2023-cü il qış mövsümündə Özbəkistan kəskin soyuqlar səbəbindən genişmiqyaslı enerji böhranı ilə üzləşdi. Hakimiyyət orqanlarının məlumatına görə, qışda pik yüklənmə zamanı respublika üzrə sutkada 20 milyon kubmetrədək qaz çatışmazlığı yaranır. Ölkə prezidenti Şavkat Mirziyoyev məmurları payız-qış mövsümünə hazırlıqda səhlənkarlığa görə tənqid edib. Bununla bağlı qaz, elektrik enerjisi, kömür və mazut idxalının intensivləşdirilməsi qərara alınıb. 2023-cü il oktyabrın 7-də Özbəkistan enerji resursları defisitinin bir hissəsini ödəmək üçün Rusiyadan, Qazaxıstan ərazisindən qaz idxal etməyə başlayıb. Qazın alınması üzrə müqavilə iki il müddətinə bağlanıb, həcmi sutkada 9 milyon kubmetr - ildə təxminən 2,8 milyard kubmetr təşkil edəcək.

“Uztransqaz” SC ölkənin qaz nəqli sisteminin operatorudur və təbii qazın daxili bazara nəqlini, həmçinin Özbəkistandan qazın ixracını və tranzitini təmin edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR