İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbək mollaların sosial şəbəkələrdə çıxışı qadağan edilib

602 05.06.2024 12:02 Dünya A A

 

Özbəkistanda mollaların (imamların) sosial şəbəkələrdə çıxışı qadağan edilib və pasportlarını təhvil vermələri tələb olunub.

Musavat.com rus.ozodi.org-a istinadla xəbər verir ki, Özbəkistan Müsəlmanları İdarəsi imamların sosial şəbəkələrdə çıxışlarını məhdudlaşdırıb.

Mayın 27-də Özbəkistandakı bütün məscid imamlarına sosial şəbəkələrə daxil olmamaq barədə xəbərdarlıq edilib.

“Hörmətli baş imamları Növbəti işimiz sosial şəbəkələrə getməməkdir. Biz buna ciddi nəzarət edəcəyik. Bu, Həcc ziyarətinə gedənlərə də aiddir... Həmçinin sosial şəbəkədə heç bir mövzunu bəyənmək olmaz...”, – deyə Daşkənd baş imamının köməkçisi Erqaş Rüstəmov audiomüraciətində bildirib.

İmamlar dini idarənin qərarını onların fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi kimi şərh ediblər.

Son zamanlar bir sıra imamlar, dini idarənin fikrincə, öz mənəvi durumlarına uyğun gəlmədiyi üçün vəzifələrindən uzaqlaşdırılıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Özbəkistanda məscid imamları və imam müavinlərindən xarici pasportlarını ölkənin ruhani idarəsinin yerli nümayəndələrinə təhvil vermələri tələb olunub. Səbəb imamların xaricə səfərlərinin qarşısını almaqdır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR