İnsanlara hürriyət, millətlərə istiqlal!

Övladını bağçaya göndərəcək valideynlərin nəzərinə - 14 sentyabradək... - VİDEO

1197 19.07.2022 19:17 Təhsil A A

Bu gündən etibarən uşaqların bağçalara elektron qəbulu başlayıb. Valideynlər bq. Edu.az portalına daxil olaraq, şəxsi kabinet yaradıb uşaqlarının məlumatlarını ora daxil edə bilərlər. Sistem 14 sentyabradək açıq olacaq, valideynlər həmin vaxtadək həm kabinet yarada bilər, həm növbəyə yazıla bilərlər. Həmin növbə sorğuya keçdikdən sonra artıq valideynlər təsdiqlə bağlı sms alacaq. Əgər valideyn 15 iş günü ərzində uşaqlarının sənədlərini həmin bağçaya təqdim etməsə, növbə avtomatik olaraq silinəcək.

Musavat.com xəbər verir ki, bu barədə "Xəzərxəbər"də bildirilib.

Dünəndən etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilir. Bu barədə Təhsil Nazirliyinin Ümumtəhsil şöbənin məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulova məlumat verib.


Bildirilib ki, Uşaqların qəbulu bq.edu.az vasitəsilə həyata keçiriləcək. Valideynlər sistem üzərində qeyd edilən tarix və saatdan etibarən elektron kabinet yaratmaq imkanı əldə edəcəklər.

Sonraki proses isə, iyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə - yəni, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab, iyulun 26-dan Bakı şəhəri, avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.Bu zaman isə valideynlərə 3 bağça seçmək imkanı veriləcək.

İlahə Rəsulova bildirdi ki, elektron qəbulda bir sıra prioritetlər əsas götürüləcək

Nazirliyin rəsmisi bildirdi ki, sistemə qeyd olunmaq, sual-cavab bölməsi təhsil nazirliyinin saytında, həmçinin rayon təhsil idarələrinin feysbuk səhifəsində var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR