İnsanlara hürriyət, millətlərə istiqlal!

"Oturmusan dəbdəbəli həyat içində camaata ağıl verirsən" -Video

2453 10.03.2024 02:57 Gündəm A A

"Son zamanlar bu dəbə çevrilib. Biri küsür statusa qoyur, biri sevinir və ya alim-alim danışır bunu paylaşır. Mənə qaranlıq qalan məsələ var. Hamımız bunları izləyirik və bu, mənim ürəyimi heç açmır".

Axşam.az xəbər verir ki, bu sözləri Lalə Azərtaş aparıcısı olduğu "Təsir dairəsi" proqramında deyib. O, sosial media üzərindən dəbdəbəli həyatlarını paylaşaraq xoşbəxtliyin bunda olmadığını izləyicilərinə inandırmağa çalışanlara əsəbiləşib:

"Biri ən bahalı, brend, marka geyimlərini geyinir, qulağındakı zinət əşyalarının qiyməti heç olmaya 10 min manatın üstündədir. Əynindəki geyimin qiyməti heç olmaya 10 min manatın üstündədir. Mənə çatmır, adamlar isti peçin yanında əyləşib danışırlar ki, xoşbəxtlik bunlarda deyil. Sən nə bilirsən bunu? Heç əlin yana-yana, kənddə yaşayan qadınlar kimi çay, su qaynadıb, uşaq çimdirmisən? Sən heç çörəksizlik nədir bilirsən? Quru çörəyi doğrayıb, üstünə isti südü töküb uşağına yedirmək nədir, xəbərin var? Sən nə bilirsən bir geyimi neçə il geyinmək nə deməkdir? Sən özün birini təkrar geyinmirsən. Özün oturmusan dəbdəbəli həyat içində camaata ağıl verirsən.

Ucqar bölgələrdə yaşayan, odunları sobaya atıb, üstündə su qızdırıb, balalarını çimdirən qeyrətli, ailəsinə bağlı bütün xanımların, məndən yaşca balaca da olsalar, əllərindən öpürəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR