İnsanlara hürriyət, millətlərə istiqlal!

Oteldə ərəbin başına oyun açdılar

1285 24.07.2019 18:01 Hadisə A A

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 62 yaşlı vətəndaşı Faqini Həssən Məhəmməd Azərbaycanda qarət olunub.

Bu barədə Yasamal Rayon Polis İdarəsindən məlumat veriblər.

İsmayıl bəy Qutqaşınlı küçəsindəki otellərdən birində qalan ərəb turist iyulun 22-də, səhər saat 11-də Yasamal Rayon Polis İdarəsinə şikayətlə müraciət edib.

Onun sözlərinə görə, Şamaxı rayonuna səyahət zamanı pul kisəsi oğurlanıb. Pul kisəsində 700 ABŞ dolları, 200 Səudiyyə Ərəbistanı rialı və bank kartı olub.

İşin materialları cinayətin törədildiyi yer üzrə Şamaxı Rayon Polis İdarəsinə göndərilib.//oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR