İnsanlara hürriyət, millətlərə istiqlal!

Otdan-həbdən hallanan mollalar uzağı 1-2 ay evinizə PUL göndərə biləcək

1724 25.03.2024 16:19 Yazarlar A A

Hər toplumun əclafı, xaini var. Düşmənə nökərliyin sonu ən yaxşı halda ailəndən, doğmalarından olmaq, ən pis halda həbsxanada ömrün sonuna qədər ölümü gözləməkdir. Orda başa nələr gələcək, onu da təxmin etmək çətin deyil… Ən alçaldıcı münasibəti əməlləri ilə haqq edənə kimin yazığı gələcək?

Düşmənə qoşulub ölkələrinə düşmənlik edənlər nə yaşayacaqlarını anlamırlarsa, deyək, bilsinlər…

Dövlət baba qulağınızdan tutub içəri atacaq, insanlıqdan çıxacaqsız, qarğa-quzğun dəstəniz bir az səs-küy salacaq. Çox yox, 2-3 həftə. Sonra səsləri batacaq.

Cəhənnəmə gedənə kim yoldaşlıq edər?

Atanızın, qardaşınızın üzünə tüpürəcək millət, ananıza “xain anası” damğası vurulacaq, ayaqlarını kandardan bayıra qoysalar, hər kəs arxa çevirəcək, qohumlar belə “bizə gəlib mənim də balalarımı bəlaya salma” deyəcək ata-ananıza.

Övladınız varsa, hər kəs uzaq qaçacaq, barmaqla göstərəcəklər - bunun atası ermənilərə qoşulub, deyəcəklər. Ailəniz vətəndə didərgin olacaq, ömürlərinin axırına qədər başlarının sərkisi əskik olmayacaq. Möminlərin alnındakı möhür yeri kimi bu damğa üstlərində olacaq həmişə.

Otdan-həbdən hallanan, sizi də toruna salan mollalar uzağı 1-2 ay evinizə pul göndərə biləcək. Sonra o pulu çatdıranlar da sizin gününüzə düşməkdən çəkinəcəklər. Ailənizə heç kim iş verməyəcək.

Arvadınıza ilk aylar “uşaqları götür ölkədən çıx” təklifləri gələcək. Çıxmağa cəhd eləsə, dövlət baba bu işə yardım edənlərin də dərsini verəcək. Sizdən fərqli dövlət arvad-uşağınızın ANCAQ siğə üçün çağırıldığını bilir… İçəridə olan “ölü”nün ailəsini havayı saxlamaq onların nəyinə lazım?

Bu ölkədə həyat içəridə sizə, bayırda yaxınlarınıza haram olacaq. 1 dəfə verilən ömür sizin xainliyiniz üzündən nəslinizin burnundan gələcək. Böyükləriniz qubardan, kiçikləriniz utandığından gündə 100 dəfə öləcək.

Nəyin naminə edirsiz? Ölkəsində üzü tüpürcəkli gəzən molla sənin, sənin ölkənin dərdinə niyə yansın, ay… ?????

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR