İnsanlara hürriyət, millətlərə istiqlal!

Oskanyandan ŞOK sözlər: “Paşinyan Ankarada...”

2110 05.06.2023 17:16 Region A A

Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirakı Ermənistan ictimaiyyətində birmənalı qarşılanmayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yazıb.

“Düzünü desəm, bu səfər məni təəccübləndirmədi və hətta qəzəbləndirmədi. Çünki Paşinyan Ankarada erməni xalqını deyil, özünü təmsil edirdi. O, hətta bütün partiyasını və ya bütün hökuməti təmsil etmədi, çünki heç kim məni həmin səfərə qarşı çıxan adam olmadığına inandıra bilməz.

Onun Ankarada hansı dəyərləri tapdaladığı sualının emosional və mənəvi tərəfini bir kənara qoyacam. Bu siyahı çox uzundur. Mən məsələni yalnız siyasi və diplomatik baxımdan təqdim edəcəm. Paşinyan bu səfəri ilə diplomatiyadan uzaq olduğunu bir daha göstərdi. Baş nazirin ləyaqət problemi də var. Ərdoğan orada sözün hərfi və məcazi mənasında təkcə erməni xalqını deyil, həm də Paşinyanın özünü təhqir edib”, - deyə Oskanyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR